https://news.day.az/azerinews/1147258.html Təyyarə qəzasında ölən futbolçu ilə bağlı yeni məlumat - Qazdan zəhərlənibmiş

Təyyarə qəzasında ölən futbolçu ilə bağlı yeni məlumat - Qazdan zəhərlənibmiş

Azərbaycanca, 14 августа 2019 20:55 492

Təyyarə qəzasında ölən Emiliano Salanın hadisədən öncə karbonmonoksit qazından zəhərləndiyi üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı hadisəni araşdıran İngiltərə Hava Qəzaları İstintaq Təşkilatı yayıb.

Məlumata görə, onun qanında 58 faiz karbonmonoksit qazı tapılıb. Bildirilir ki, bu qazdan zəhərlənənlər huşunu itirir, özünü idarə edə bilmirlər. Cəsədi hələ də tapılmayan pilot David İbbotsonun da böyük ehtimalla eyni üsulla zəhərləndiyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı argentinalı futbolçu yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı təyyarə qəzasında həlak olub. Təyyarənin qalıqları La-Manş boğazında fevralın əvvəlində, Salanın cəsədi isə fevralın 8-də tapılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости