Ən güclü təbii öskürəkkəsicinin nə olduğunu bilirdinizmi?

Kişmişin tərkibi mineral duzlar, orqanik turşular və vitaminlərlə zəngindir. Onun tərkibində olan qlükoza və fruktozanın miqdarı üzümün tərkibindən 8 dəfə çoxdur.

Kişmişin tərkibindəkilər ondan davamlı qəbul edənlərdə osteoparozun qarşısını alır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən daha çox olduğu isə mütəxəssislər tərəfindən təsdiqlənib. Kişmişin aşağıdakı faydaları vardır:

*Az miqdar qara üzüm yemək ağız boşluğunda olan bakteriyaları öldürür.

* 100 qram kişmiş ət maşınından keçirilir və 1 stəkan suda 10 dəqiqə qaynadılıb tənzifdən süzülür. Bu dəmləməni içmək arterial təzyiqi aşağı salır. Gün ərzində bundan 2 dəfə istifadə edilərsə, yüksək təzyiqdən əziyyət çəkənlərin təzyiqi normaya düşür. Bundan başqa dəmləmə qaraciyər və öd kisəsi xəstəliklərinin müalicəsi zamanı çox faydalıdır.

* Əsəbləri narahat olub hər şeyə qıcıqlanan adamlar 1 çay qaşığı kişmişi axşamdan soyuq suda isladıb səhər onu çoxlu çeynəyərək suyu ilə birlikdə udsalar, gün boyu əsəbləri sakit olar.

* Kişmişin çəyirdəyi əzilib soğan suyu ilə qarışdırılıb içildikdə öskürəyi kəsir. Bu resept soyuqlama və angina zamanı çox faydalıdır.

* 100 qram kişmiş qaynar suda 10 dəqiqə dəmlənir, üzərinə 1 xörək qaşığı soğan suyu əlavə edilib gündə 3 dəfə, hər dəfə yarım stəkan içildikdə öskürək kəsilir. Bu resept ən güclü öskürəyi kəsmək qabiliyyətinə malikdir.

* Güclü öskürək zamanı 30 qram kişmiş qaynadılıb soyumuş suda islanır və 2 saat sonra qaynar südə qatılıb yatmazdan əvvəl içilir, kişmişlər isə çeynənib yeyilir.