Fast food kafelər və restoranların artması ürək xəstəlikləri və infarktın sayını ildən-ilə artırır.
Day.Az Medicina.az-a istinadla xəbər verir ki, bunu kardioloqlar 2018-ci ilin analizlərinə əsasən bildirib.

Belə ki, təkcə Yeni Uels şəhərində hər yeni açılan kafe və tez qidalanma restoranı ildə 5 yeni infarkt hadisəsinə səbəb olur. 
Mütəxəssislər 2011-2013-cü illərdə ürək tutması ilə xəstəxanaya aparılan 3070 xəstəni müşahidə edib.

Onların yaşadıqları ərazidə sıx şəkildə fast-food məkanları, restoran, kafelər olduğu da qeydə alınıb. 
Alimlər şəhər rəhbərliyini fast food restoranlarının sayının azaldılmasına çağırıb.

Hər addım başı kafe, restoran istər-istəməz insanın yolunu ordan salır. Bu məkanlarda isə qida və yeməklər sağlam deyil. 
Restoranda tez-tez olmaq və orda qidalanma ürək tutmaları, infarkt və bu səbəbdən qəfil erkən ölümlərin sayını artırır.

Restoran qidalarında yağ, duz, doymuş yağlar, şəkər çox olduğundan ürək-damarları tez sıradan çıxarır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.