https://news.day.az/azerinews/1150220.html İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq 2019-cu ilin sentyabrından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.

İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq

Azərbaycanca, 25 августа 2019 14:42 (UTC +04:00) 8 472
İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq

2019-cu ilin sentyabrından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.

"İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb", - deyə şöbə müdiri qeyd edib.

Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости