Bakının mərkəzində əcnəbiyə qarşı CİNAYƏT

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs tutulub.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da əcnəbi vətəndaşın 400 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov saxlanılıb.

Tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.