https://news.day.az/azerinews/1155330.html Nəsimi rayonunda sürücü və piyada xəsarət aldı

Nəsimi rayonunda sürücü və piyada xəsarət aldı

Azərbaycanca, 12 сентября 2019 09:27 (UTC +04:00) 479
Nəsimi rayonunda sürücü və piyada xəsarət aldı

Bakının Nəsimi rayonunda ümumilikdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisələrdən ilki Rəşid Behbudov küçəsində qeydə alınıb.

"BMW" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Abbasqulu Ağa Bakıxanov küçəsində baş verib.

99-EF-888 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil yolu keçmək istəyən piyadanı, təxminən, 60-65 yaşlı qadını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Hər iki faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости