İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə İmişli şəhərində Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb.

Rayonun Şahverdili kənd sakini Cəlil İmanov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində sürücü və maşındakı sərnişin Cəbrayıl İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!