Mərkəzi Netçilər Xəstəxanasının direktoru: Koronavirusa yoluxan həkim Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir

COVİD-19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir

Day.Az-ın məlumatına görə, bunu Mərkəzi Netçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.

Qeyd edək ki, COVİD-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla özü də virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilməlidir.