https://news.day.az/azerinews/1281137.html Ermənistan tərəfidən kaset bombalardan istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib - ANAMA Ermənistan tərəfidən kaset sursatlardan istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara həm yazılı şəkildə, həm də mətbuat vasitəsilə müraciət edilib. Day.Az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Ermənistan tərəfidən kaset bombalardan istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib - ANAMA

Azərbaycanca, 18 октября 2020 18:01 (UTC +04:00) 541
Ermənistan tərəfidən kaset bombalardan istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Ermənistan tərəfidən kaset sursatlardan istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara həm yazılı şəkildə, həm də mətbuat vasitəsilə müraciət edilib.

Day.Az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ.İsayev qeyd edib ki, kaset sursatlar qadağan edilmiş sursatlar hesab edilir. Dünya miqyasında kaset silahların atışı qadağan edilib. Lakin düşmən tərəfindən Goranboy, Yevlax və Ağcabədi rayonları ərazisində bu cür bombacıqların atıldığını müəyyən etmişik. 1143 ədəd bu cür bombacıq aşkar edilərək götürülüb".

İ.İsmayılov əlavə edib ki, hazırda Sitalçay ərazisinə düşən S-300 raketinin qalıqlarının götürülməsi üçün işlər aparılır: " Bu, qadağan olunmuş silahdır. Dünya miqyasında kasset silahlarının mülki əraziyə atılması qadağa edilib. Bu raketin əraziyə düşməsi nəticəsində xəsarətlə nəticələnın hər hansı bədbəxt hadisə baş verməyib".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости