https://news.day.az/azerinews/1393828.html Hindistanda leysan yağışları 42 nəfərin ölümünə səbəb olub Hindistanın şimalında yerləşən Uttarakhand ştatında üç gündür ki, davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Day.Az Trend-ə istinadən bildirir ki, leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 42 nəfər həlak olub, onlarla insan itkin düşmüş sayılır.

Hindistanda leysan yağışları 42 nəfərin ölümünə səbəb olub

Azərbaycanca, 20 октября 2021 09:28 (UTC +04:00) 368
Hindistanda leysan yağışları 42 nəfərin ölümünə səbəb olub

Hindistanın şimalında yerləşən Uttarakhand ştatında üç gündür ki, davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.

Day.Az Trend-ə istinadən bildirir ki, leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 42 nəfər həlak olub, onlarla insan itkin düşmüş sayılır.

Bildirilir ki, ştatın hakimiyyəti xilasetmə əməliyyatlarında iştirak etmələri üçün ölkənin Silahlı Qüvvələrinə müraciət edib.

Qeyd edilir ki, musson yağışları ölkənin cənubunda da davam edir. "Deccan Herald" qəzetinin ötən gün verdiyi məlumata əsasən, cənub-qərbdə yerləşən Kerala ştatında 38 nəfər həlak olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости