https://news.day.az/azerinews/1426890.html Türkiyə ilə Ermənistan ilkin şərtlər olamdan danışıqları davam etdirmək barədə razılıq əldə edib - Türkiyə XİN Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirlyinin bəyanatında deyilir.

Türkiyə ilə Ermənistan ilkin şərtlər olamdan danışıqları davam etdirmək barədə razılıq əldə edib - Türkiyə XİN

Azərbaycanca, 14 января 2022 16:23 (UTC +04:00) 405
Türkiyə ilə Ermənistan ilkin şərtlər olamdan danışıqları davam etdirmək barədə razılıq əldə edib

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü müsbət və konstruktiv mühitdə keçib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirlyinin bəyanatında deyilir.

Qeyd olunub ki, ilk görüşdə tərəflər Türkiyə ilə Ermənistan arasında dialoq vasitəsilə reallaşdırılacaq normallaşma prosesinin gedişatı ilə bağlı fikir mübadiləsi aparıb.

"Tərəflər müzakirələri tam normallaşma məqsədilə ilkin şərtlər olamdan davam etdirmək barədə razılıq əldə edib. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi barədə əlavə məlumat veriləcək", - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости