https://news.day.az/azerinews/1427868.html DİN rəsmisi vətəndaşların pandemiya vaxtı cərimələnməsindən danışdı - MÜSAHİBƏ - VİDEO Ölkədə cinayətkarlıqla mübarizə tədbirləri güclənməkdədir. İctimai əsayişin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması, cinayətkarlıqla mübarizə tədbirləri son vaxtlar daha da güclənib.

DİN rəsmisi vətəndaşların pandemiya vaxtı cərimələnməsindən danışdı - MÜSAHİBƏ - VİDEO

Azərbaycanca, 18 января 2022 15:59 (UTC +04:00) 1 990
DİN rəsmisi vətəndaşların pandemiya vaxtı cərimələnməsindən danışdı

Ölkədə cinayətkarlıqla mübarizə tədbirləri güclənməkdədir. İctimai əsayişin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması, cinayətkarlıqla mübarizə tədbirləri son vaxtlar daha da güclənib.

Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti, cinayətkarlıqla mübarizə səviyyəsi, sosial şəbəkələrdə bəzi vətəndaşların qanunsuzluqlarına qarşı görülən tədbirlər və digər məsələlərlə bağlı Trend-ə müsahibə verib.

Elşad Hacıyev bildirib ki, polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil, vətəndaşları koronavirus infeksiyasından qorumaqdır. Polis yoluxmanın sayının azalması və insanların sağlam və təhlükəsiz yaşamasını təmin etmək üçün çalışır.

Polis mayoru ölkədə xüsusi qaydalar əsasında toy və nişan mərasimlərinə nəzarət mexanizmləri barədə də məlumat verib.

Qurum rəsmisi həmçinin sosial şəbəkələrdə vətəndaşları narahat edən görüntülərin yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərdən də danışıb. Bildirib ki, cəmiyyətin ayrı-ayrı üzvlərinin düşünmədən bu cür videolar yayması vətəndaşları narahat edir, onlarda bir növ narazılıq yaradır. İnsanlar cəmiyyətin narahatlığını nəzərə almalı və bu cür videoları yaymaqda maraqlı olmamalıdırlar.

Müsahibəni təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости