https://news.day.az/azerinews/1430752.html Şuşa və Ağdama daşınan sərnişinlərin sayı AÇIQLANDI Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib. Day.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu günə qədər Şuşa və Ağdam şəhərinə 8 reys həyata keçirilib və toplamda isə 259 sərnişin daşınıb.

Şuşa və Ağdama daşınan sərnişinlərin sayı AÇIQLANDI

Azərbaycanca, 28 января 2022 16:20 (UTC +04:00) 446
Şuşa və Ağdama daşınan sərnişinlərin sayı

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib.

Day.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu günə qədər Şuşa və Ağdam şəhərinə 8 reys həyata keçirilib və toplamda isə 259 sərnişin daşınıb.

Bakı→Şuşa→Bakı istiqamətində 47 (1 reys) , Əhmədbəyli→Şuşa→Əhmədbəyli 69 (3 reys), Bakı→Ağdam→Bakı 67 (2 reys), Bərdə→Ağdam→Bərdə 76 (2 reys) sərnişin daşınıb.

Qeyde dək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzlaşdırılacaq.

Bilet satışı onlayn qaydada "Yolumuz Qarabağa" portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости