https://news.day.az/azerinews/1463008.html Hazırda 60-dan çox üzvü olan "MÜSİAD Azərbaycan" 4 mindən çox insanı şirkətlərində işlə təmin edib - Rəşad Cabirli Hazırda 60-dan çox üzvü olan MÜSİAD Azərbaycan 4 mindən çox insanı şirkətlərində işlə təmin edib. Trend xəbər verir ki, bunu MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli iş adamları ilə görüş zamanı bildirib. O qeyd edib ki, MÜSİAD hal-hazırda dünyanın 82 ölkəsində 164 şöbəsi olmaqla 12 mindən çox üzvü ilə 60 min iş yerini əhatə edir.

Hazırda 60-dan çox üzvü olan "MÜSİAD Azərbaycan" 4 mindən çox insanı şirkətlərində işlə təmin edib - Rəşad Cabirli

Azərbaycanca, 18 мая 2022 20:38 (UTC +04:00) 1 483
Hazırda 60-dan çox üzvü olan "MÜSİAD Azərbaycan" 4 mindən çox insanı şirkətlərində işlə təmin edib

Hazırda 60-dan çox üzvü olan MÜSİAD Azərbaycan 4 mindən çox insanı şirkətlərində işlə təmin edib.

Trend xəbər verir ki, bunu MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli iş adamları ilə görüş zamanı bildirib.

O qeyd edib ki, MÜSİAD hal-hazırda dünyanın 82 ölkəsində 164 şöbəsi olmaqla 12 mindən çox üzvü ilə 60 min iş yerini əhatə edir.

"Bu isə öz növbəsində 1 milyon 800 mindən çox insanın işlə təmin edilməsi deməkdir. MÜSİAD Azərbaycan filialımız 2018-ci ildə aktiv fəaliyyətə başlayıb. Hazırda 60-dan çox üzvümüzlə 4 mindən çox insan işlə təmin edilib. Ötən 30 il ərzində MÜSİAD böyük məsafələr qət edərək qlobal sərmayə platformasına çevrilib. MÜSİAD Azərbaycan tərəfindən daha əvvəl 2 dəfə, bu gün isə üçüncüsü keçirilən iş adamalarının şəbəkəyönümlü görüşü növbəti illərdə də keçirilməyə davam edəcək", - deyə R.Cabirli qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости