https://news.day.az/azerinews/1475514.html Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTO

Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTO

Azərbaycanca, 1 июля 2022 16:16 (UTC +04:00) 2 631
Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ

Zaqatalaya yad cisim düşüb.

Day.Az xəbər verir ki, bu barədə Lent.az-a rayonun Uzuntala kənd sakini Nəriman Nuriyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün saat 16 radələrində Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.

N. Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.

N. Nuriyev meşədə tapdığı yad cismi kənd icra nümayəndəliyinin qarşısına gətirib. Kəndə gələn rayon rəhbərliyi tərəfindən daşa baxış keçirilib. Daşın çəkisi 10 kiloqramdır. 

Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ
  • Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ
  • Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ
  • Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости