https://news.day.az/azerinews/1487874.html Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı - VİDEO Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın "Qalaaltı" hotelin yaxınlığına çatıb. Day.Az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb. Bildirilib ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib.

Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı - VİDEO

Azərbaycanca, 17 августа 2022 15:36 (UTC +04:00) 451
Şabrandakı yanğın “Qalaaltı” hotelin yaxınlığına çatdı

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın "Qalaaltı" hotelin yaxınlığına çatıb.

Day.Az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Bildirilib ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır.

"Qalaaltı" İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости