https://news.day.az/azerinews/1497412.html İran hakimiyyətindən “Instagram” və “Whatsapp”la bağlı SƏRT QƏRAR - Giriş məhdudlaşdırıldı İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə ölkədə "Instagram" və "Whatsapp" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb. Day.Az xəbər verir ki, bu barədə Trend Fars informasiya agentliyinə istinadən məlumat verib. Qeyd olunur ki, bu sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyi əleyhinə addımlar atılır.

İran hakimiyyətindən “Instagram” və “Whatsapp”la bağlı SƏRT QƏRAR - Giriş məhdudlaşdırıldı

Azərbaycanca, 22 сентября 2022 11:18 (UTC +04:00) 791
İran hakimiyyətindən “Instagram” və “Whatsapp”la bağlı SƏRT QƏRAR

İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə ölkədə "Instagram" və "Whatsapp" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend Fars informasiya agentliyinə istinadən məlumat verib.

Qeyd olunur ki, bu sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyi əleyhinə addımlar atılır.

Qərarın nə vaxta qədər davam edəcəyi bəlli deyil.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir. O, şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости