https://news.day.az/azerinews/1499156.html Əngəlləri aşan tarix müəlliminin hekayəsi - Azərbaycanda hər kəs Ozal Muradovdan danışır - VİDEO 45 nömrəli məktəbin çox sevilən bir tarix müəllimi barəsindədir növbəti sujetimiz. 28 yaşlı Ozal müəllim... Onun görmə qabiliyyəti tam məhduddur. Ancaq məktəbin əksər şagirdlərinə tarix dərsi keçir. Söhbət görmə qabiliyyəti tam məhdud olan Ozal müəllimdən gedir.

Əngəlləri aşan tarix müəlliminin hekayəsi - Azərbaycanda hər kəs Ozal Muradovdan danışır - VİDEO

Azərbaycanca, 29 сентября 2022 10:33 (UTC +04:00) 1 621
Əngəlləri aşan tarix müəlliminin hekayəsi - Azərbaycanda hər kəs Ozal Muradovdan danışır

45 nömrəli məktəbin çox sevilən bir tarix müəllimi barəsindədir növbəti sujetimiz. 28 yaşlı Ozal müəllim... Onun görmə qabiliyyəti tam məhduddur. Ancaq məktəbin əksər şagirdlərinə tarix dərsi keçir.  

Söhbət görmə qabiliyyəti tam məhdud olan Ozal müəllimdən gedir. Hansı ki, hazırda paytaxtda yerləşən  45 nömrəli məktəbin əksər şagirdlərinə tarixdən  dərs keçir. 

562 bal toplayaraq Pedaqoji Universitetin bakalavr pilləsində, ardından isə  magistr təhsili alan bu cavan oğlanın ilk iş yeri Lerikin Zenoni kənd məktəbi olub. 3 il burada çalışan Ozal bu il yenidən imtahan verərək, ölkə üzrə tarix müəllimləri içərisində ən yüksək nəticəni- 100 bal üzərindən 97.5 bal toplayıb. 

Ozal müəllim şagirdlərinin gül üzünü görməsə də, adlarını əzbər bilir. Hətta,  kimin nəyə qadir olduğuna da yaxşı  bələddir. 

Ozal hazırda təkcə müəllimlik etmir, o həm də abituriyent hazırlayır.

Dərs zamanı bu müəllimin ən böyük köməkçisi isə dost kimi yanaşdığı şagirdləridir. Gördüyünüz Məhəmməd adlı bu oğlan müəllimin həm də yol yoldaşıdır.  

Uzun illər sonra Ozal müəllimin sayəsində əsl müəllim şagird sevgisinin yenidən şahidi oldum. Deyərdim ki, bu gün mən tarixə düşəsi bir tarix müəllimini tanıdım.

Day.Az Xəzər Xəbər-ə istinadən süjeti təqdim edir: 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости