https://news.day.az/azerinews/1516553.html Azərbaycan “Stratcom 22” Sammitində təmsil olunub Azərbaycan dekabrın 2-3-də Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş Beynəlxalq Strateji Kommunikasiya Sammiti - "Stratcom 22"-də təmsil olunub.

Azərbaycan “Stratcom 22” Sammitində təmsil olunub

Azərbaycanca, 4 декабря 2022 00:20 (UTC +04:00) 2 186
Azərbaycan “Stratcom 22” Sammitində təmsil olunub

Azərbaycan dekabrın 2-3-də Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilmiş Beynəlxalq Strateji Kommunikasiya Sammiti - "Stratcom 22"-də təmsil olunub.

Medianın İnkişafı Agentliyindən Day.Az-a bildiriblər ki, "Qeyri-müəyyənlik şəraitində Stratcom" mövzusunda keçirilən tədbirdə müxtəlif ölkələrdən olan dövlət rəsmiləri, özəl və media sektorun təmsilçiləri, elm və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

"Stratcom 22" çərçivəsində strateji kommunikasiya ekosistemində regional münaqişələrlə üzləşmə, geosiyasi gərginliklərin yaratdığı hibrid təhdidlər, dezinformasiya, humanitar və ətraf mühit böhranları, informasiya müharibəsi mövzuları müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости