Bu qanun layihəsi dörd ildir qəbul edilmir

Dörd il əvvəl Milli Məclisə daxil olmuş ''Lombardlar haqqında'' qanun layihəsi hələ də qəbul edilməyib.

Millət vəkili Vahid Əhmədov bildirir ki, bu layihənin qəbul edilməməsində maraqlı tərəflər var.

Deputat deyir ki, bu gün lombardların sayı bilinmir, faktiki olaraq statusları məlum deyil və lisenziyalaşdırılmır. Buna görə də vətəndaşlar tərəfindən lombardlarla bağlı şikayətlər günü-gündən artır.

V.Əhmədov hesab edir ki, qanunun qəbul edilməsi lombard sisteminin bank sahəsindən ayrı fəaliyyət göstərməsinə şərait yaradacaq. Üstəlik, mövcud problemləri minimuma endirəcək.

Deputat qanun layihəsinin yaz sessiyasının gündəliyinə salındığını və qəbul ediləcəyinə ümidli olduğunu bildirib.

Day.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: