https://news.day.az/azerinews/1533562.html Ermənistanda daha bir dövlətə xəyanət faktının üstü açılıb

Ermənistanda daha bir dövlətə xəyanət faktının üstü açılıb

Azərbaycanca, 31 января 2023 17:59 (UTC +04:00) 1 710
Ermənistanda daha bir dövlətə xəyanət faktının üstü açılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan silahlı qüvvələrinin qulluqçusu tərəfindən daha bir dövlətə xəyanət faktının üstünü açıb.

Day.Az erməni KİV-inə istinadən xəbər verir ki, məlumat yayıb.

MTX-nin məlumatına əsasən, erməni hərbi hissələrindən birində kapitan rütbəsində xidmət göstərən hərbi qulluqçu 2021-ci ilin əvvəllərində xarici kəşfiyyat xidmətinin diqqət mərkəzində olub və onlar tərəfindən işə götürülüb.

Casus digər hərbi hissəyə keçdikdən sonra mükafat qarşılığında məxfi məlumatları toplayaraq qarşı tərəfə ötürməyi öhdəsinə götürüb.

Hərbi qulluqçu 2021-ci ilin aprel-may ayları ərzində məlumatları toplayaraq müxtəlif telefon tətbiqlərinin köməyilə qarşı tərəfə ötürüb.

O, xüsusən silahların növləri, sayı, Hindistandan satın alınmnış texnika, hərbi mövqelərin dislokasiyası haqqında məlumatları xarici kəşfiyyat xidmətinə ötürüb.

Erməni hərbi qulluqçusuna qarşı cinayət işi açılıb, o həbs olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости