https://news.day.az/azerinews/1534920.html Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alan var - FOTO

Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alan var - FOTO

Azərbaycanca, 4 февраля 2023 16:13 (UTC +04:00) 1 939
Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alan var

Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Trend-ə bildirib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeyd edilən magistral yolun 84-cü km-də "Mercedes-Benz" markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə "KamAZ" markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində "KaMAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alan var
  • Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alan var
  • Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alan var
  • Bakı-Quba yolunda ağırtonnajlı yük maşınları toqquşub, xəsarət alan var
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости