https://news.day.az/azerinews/1535533.html Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Azərbaycanca, 6 февраля 2023 20:37 (UTC +04:00) 1 573
Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Adanada AFAD binasına yönləndirilib.

Day.Az bu barədə Türkiyə KİV-nə istinadən bildirir.

Qeyd edilib ki, 420 nəfərdən ibarət komanda Hatay şəhər mərkəzində və İsgəndərunda fəaliyyət göstərəcək.

4 axtarış-xilasetmə itinin də daxil olacağı qrup, dağıntılardakı axtarış-xilasetmə və dağıntıların təmizlənməsi fəaliyyətlərinə dəstək verəcək.

Heyət artıq zəlzələ bölgəsinə doğru yola düşüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости