https://news.day.az/azerinews/1547985.html Misir Türkiyə ilə münasibətləri tam normallaşdırmaq niyyətindədir Qahirə və Ankara ikitərəfli münasibətləri tam normallaşdırmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şükri Qahirədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Qahirə və Ankaranın münasibətləri normallaşmaq üçün siyasi idarəsi var.

Misir Türkiyə ilə münasibətləri tam normallaşdırmaq niyyətindədir

Azərbaycanca, 18 марта 2023 15:38 (UTC +04:00) 895
Misir Türkiyə ilə münasibətləri tam normallaşdırmaq niyyətindədir

Qahirə və Ankara ikitərəfli münasibətləri tam normallaşdırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şükri Qahirədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Qahirə və Ankaranın münasibətləri normallaşmaq üçün siyasi idarəsi var.

"Biz iki ölkənin dövlət orqanları arasında əlaqə kanallarının acımasını gözləyirik", - deyə Misirin xarici işlər naziri bildirib. O, həmçinin danışıqlarda səfir mübadiləsi yollarının axtarıldığını, iqtisadi əlaqələrin bərpasının və bir sıra regional məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.

Martın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son on ildə ilk dəfə olaraq Qahirəyə rəsmi səfər edib.

2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra Türkiyə ilə Misir arasında münasibətlər pisləşmiş və tərəflər öz səfirlərini geri çağırmışdı. Ankara və Qahirə arasında diplomatik əlaqələr 2021-ci ilin martında bərpa olunmağa başlayıb. Ötən ilin noyabrında Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində Türkiyə və Misir prezidentləri Rəcəb Tayyib Ərdoğan və Əbdül-Fəttah Əs-Sisi arasında qısa görüş baş tutub. Bu il fevralın sonlarında isə Misirin xarici işlər naziri zəlzələdən zərər çəkən Adana şəhərini ziyarət edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости