https://news.day.az/azerinews/1548037.html DİN xəbərdarlıq etdi Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdələduzluq əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır.

DİN xəbərdarlıq etdi

Azərbaycanca, 18 марта 2023 22:06 (UTC +04:00) 725
DİN xəbərdarlıq etdi

Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdələduzluq əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır. Həmin sosial şəbəkə səhifələrində ölkənin tanınmış şəxslərinin və şirkətlərinin ad və loqolarından istifadə edilməklə guya elektron lotereya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi qeyd olunur, həmçinin investisiya platformalarında və maliyyə birjalarında yatırım edib qısa müddət ərzində gəlir əldə etmək kimi şirnikləndirici vədlər verilir. Deyilən vədlərə inanan bəzi insanlar isə bundan sonra kiberdələduzların qurbanına çevrilirlər.

Day.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün bir daha vətəndaşlarımızı internet resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağırırıq. Belə hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər", -deyə DİN-in yaydığı məlumatda qeyd olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости