Azərbaycanda bunu edənlərə sərt xəbərdarlıq edilib

Tarixi abidələrə müdaxilə edənlərə sərt xəbərdarlıq edilib.

Day.Az xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vətəndaşlara və əlaqədar təşkilatlara müraciət edib.

Nazirliyin mətbuat katibi Aynur Kərimova deyir ki, tarixi abidələr qorunmalı, qanunsuz müdaxilələlərə həssas yanaşılmlıdır.

Nazirlik rəsmisi deyir ki, istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımız abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmalıdır.

Aynur Kərimova deyir ki, belə faktlar aşkar edildikdə bunu edənlər cəzasız qalmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: