Məktəblərdə ştat ayrılıb, amma dərs keçirilmir

Hazırda bir çox məktəblərdə bəzi fənnlər var ki, dərs proqramına salınıb, lakin tədris olunmur. Baxmayaraq ki, həmin fənn üçün müəyyən vəsait ayrılır. Bu cür halların yaranması əlbəttə ki, tədris prosesinə öz mənfi təsirini göstərir.

Bəs bu problem necə aradan qaldırıla bilər?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, bir çox hallarda bəzi dərslər yetərincə tədris olunmadığına dair fikirlər ortaya çıxır.

Həmçinin oxuyun: Növbəti tədris ilində köhnə məktəbli formasına icazə yoxdur? - Nazirlikdən AÇIQLAMA

"Bütövlükdə tədris yükü müəyyənləşdirilərkən o dəsrlərin əhəmiyyəti nəzərə alınaraq proqramlar tərtib olunur. Cədvəldə olub da, keçilməyən dərslərin olması halı yolverilməzdir. Hər bir dərsin şagirdin yetişməsində müəyyən rolu var. Hesab edirəm ki, bunla bağlı mütləq araşdırma aparılmalıdır. Əgər belə hallar varsa, mütləq şəkildə ilk növbədə məktəb rəhbərləri barədə ciddi tədbirlər görülməlidir. Tədris proqramında dərs varsa, ona zaman və vəsait ayrılırsa, həmin dərs tədris olunmalıdır. Bu kimi məsələlərdə nizam intizamı tətbiq etmək olduqca vacbdir", - deyə o əlavə edib.