Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Prezident İlham Əliyevə məktub göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

""Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fürsətdən istifadə edərək, Azərbaycana sülh, rifah, tərəqqi, yeni-yeni nailiyyətlər arzulayıram.

Sizi əmin edirik ki, "Mir" Dövlətlərarası Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və ölkədə baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaqdır".

XXX

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov Prezident İlham Əliyevə məktub göndəriblər.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının Katibliyi adından Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul edin.

Azərbaycan suveren inkişaf illəri ərzində dövlətçiliyin möhkəmləndirilməsi işində, ictimai, siyasi və iqtisadi həyatının bütün sahələrində dərin islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib, həmçinin beynəlxalq arenada öz mövqelərini möhkəmləndirib.

Möhtərəm cənab Prezident, Sizə Azərbaycan Respublikasının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq".

XXX

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə məktub göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və əmin-amanlıq arzulayıram".

XXX

Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solih Prezident İlham Əliyevə məktub göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram".