https://news.day.az/azerinews/1600566.html Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı - FOTO - VİDEO "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü olan "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırıb.

Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı - FOTO - VİDEO

Azərbaycanca, 23 сентября 2023 13:47 (UTC +04:00) 948
Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı

"Environmental Protection First" (EPF) Koalisiyasının üzvü olan "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırıb.

Day.Az xəbər verir ki, o, 22 sentyabr tarixində Baş Assambleyanın vərəmlə bağlı keçirilən yüksək səviyyəli görüşündə Ermənistanın qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib.

P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib:

"Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti aparır. Ermənistan yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən Transsərhəd kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq Transsərhəd çayları çirkləndirir.
Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik".

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisinin çıxışı alqışlarla qarşılanıb.

  • Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости