https://news.day.az/azerinews/1600658.html Azərbaycan suverenliyini qorumaq məqsədilə Qarabağda antiterror tədbirləri həyata keçirib - Hakan Fidan

Azərbaycan suverenliyini qorumaq məqsədilə Qarabağda antiterror tədbirləri həyata keçirib - Hakan Fidan

Azərbaycanca, 23 сентября 2023 20:04 (UTC +04:00) 2 099
Azərbaycan suverenliyini qorumaq məqsədilə Qarabağda antiterror tədbirləri həyata keçirib

"Azərbaycanın keçirdiyi antiterror tədbiri başqa variantın qalmadığını göstərən tədbir idi. Memorandumda (10 noyabr 2020-ci il bəyanatı-red) razılaşdırılmış məsələlərin bəziləri Ermənistan tərəfindən yerinə yetirilməyib".

Day.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Birincisi, Zəngəzur dəhlizində və Qarabağda Azərbaycanın suverenliyinin vacib idi. Bu baş vermədikdə, qardaşlarımız haqlı olaraq səbirsizliklərini ortaya qoydular.

Türkiyə olaraq bu addımı atmağın zəruriliyini Azərbaycana çatdırdıq. Bu, mülki əhaliyə zərər verməyən və Azərbaycanın regionda hüquqi suverenliyinə yol açan qısa bir tədbir idi. İrəli sürdüyümüz rasional izahatlar vəziyyətin Azərbaycanın xeyrinə başa düşülməsində təsirli oldu", - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости