Paşinyan devrilərsə, nə baş verəcək? - Ermənilərin ən böyük qorxusu
Elvin Səxavətoğlu
Qarabağ ətrafında baş verən proseslər fonunda erməni cəmiyyətinin həyəcanı pik həddə çatıb.
Day.Az xəbər verir ki, "Hraparak" nəşri gərginliyin artdığı dövrdə İrəvan ermənilərini ən çox həyəcanlandıran, hətta qorxudan məsələlərdən birinə diqqət çəkib.
Nəşr yazır ki, ermənilər Köçəryan və Sarkisyanın hakimiyyətə qayıdışından qorxurlar.
"Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi ölkənin və Qarabağın başına gətirilən fəlakətləri görür. Hazırki hakimiyyətin xarici və daxili siyasətinə qarşı çıxırlar. Amma istefa tələbi ilə küçələrə çıxmaq istəmirlər. Səbəb isə "keçmişin" geri qayıtması qorxusudur".
Qeyd olunub ki, "keçmiş" termini iki keçmiş prezident - Serj Sarkisyan və Robert Köçəryanla əlaqələndirilir. "Bizim inkişaf üçün daha çox imkanlarımız var idi. Amma əvəzində Ermənistanın bütün keçmiş prezidentlərinin qohumları və dostları varlandı. Ona görə də müəyyən dərəcədə bu adamların kimlərin hesabına varlandığını, köhnələrin qayıtmasını istəməyən insanları başa düşmək olar. Və nəhayət, Nikol bir şəxs və fenomen kimi nəinki Ermənistanda peyda oldu. O, sələfləri tərəfindən "doğuldu" və böyüdü, siyasi amilə, aktyora çevrildi".
Ermənistanın bütün keçmiş prezidentlərinin uduzduğunu yazan müəllif qeyd edib ki, Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə Serj Sarkisyan, Robert Köçəryan və digərlərinin idarəçiliyi ələ almayacağı ilə bağlı təminat verilməlidir.
"Nikolanın görünüşü və uğursuzluğu hamımızın uğursuzluğudur. Onların hamısı və ilk növbədə Ermənistanın bütün keçmiş prezidentləri uduzdular. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına töhfə vermələri üçün isə açıq danışmalıdır. Yəni Paşinyan gedəndən sonra nə özlərinin, nə də oğullarının və ya kürəkənlərinin simasında hakimiyyətə gəlməyəcəklərinə təminat verməlidirlər".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре