https://news.day.az/azerinews/1602590.html "Qarabağdakı vəziyyət onu narahat etmir” - Ermənistan prezidentin mövqeyi qalmaqal yaratdı Qarabağda separatizmin kökünün kəsildiyi günlərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyan yoxa çıxıb. Media Vaaqn Xaçaturyanın baş verən proseslərə laqeyd yanaşmasına qıcıqlanıb. Day.Az xəbər verir ki, bu məqama "Joqovurd" qəzeti diqqət çəkib. Qəzet yazır ki, Vaaqn Xaçaturyan sentyabrın 19-dan sonra görünmür.

"Qarabağdakı vəziyyət onu narahat etmir” - Ermənistan prezidentin mövqeyi qalmaqal yaratdı

Azərbaycanca, 30 сентября 2023 11:11 (UTC +04:00) 1 826
"Qarabağdakı vəziyyət onu narahat etmir”

Müəllif: Elvin Səxavətoğlu

Qarabağda separatizmin kökünün kəsildiyi günlərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyan yoxa çıxıb. Media Vaaqn Xaçaturyanın baş verən proseslərə laqeyd yanaşmasına qıcıqlanıb.

Day.Az xəbər verir ki, bu məqama "Joqovurd" qəzeti diqqət çəkib.

Qəzet yazır ki, Vaaqn Xaçaturyan sentyabrın 19-dan sonra görünmür.

"O, hətta Qarabağda baş verənlərə, bölgədən köçə münasibət bildirməyib. Hər halda Ermənistan prezident aparatının saytında mövcud olan məlumatlar göstərir ki, Vaaqn Xaçaturyan bu məsələlərdən narahat deyil".

Bildirilir ki, prezidentin saytında məlumat sentyabrın 21-də paylaşılıb. Həmin məlumat Qarabağ deyil, Ermənistanın Müstəqillik Günü ilə bağlı olub.

"Bundan sonra prezident sentyabrın 26-dək susub. Bu gün isə Çin səfirliyində olub, Çin prezidentini təbrik edib. Yəni Qarabağdakı vəziyyət onu narahat etmir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости