https://news.day.az/azerinews/1636762.html Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur - Viktor Orban Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyevə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur - Viktor Orban

Azərbaycanca, 12 февраля 2024 20:03 (UTC +04:00) 622
Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur

Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyevə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Baş nazir məktubunda, həmçinin qeyd edib: "Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var".

Viktor Orban ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımızın, sosial ənənələrimizin, ailə dəyərlərinə hörmətin və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlığın təkan verdiyini vurğulayıb.

"Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır", - deyə Baş nazir qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости