Zabitlərin öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması təklif edilir

Kadr zabitlərin öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması təklif edilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmət keçməmiş kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması təklif edilir.

Həmçinin, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin, həmçinin, şəxsi heyətin psixoloji durumunun və hərbi nizamnamələrə uyğun xidmətinin daha da gücləndirilməsi məqsədilə tədbirlərin genişləndirilməsi təklif edilir.