https://news.day.az/azerinews/1642017.html Türkiyə Nazirlər Kabinetinin iclasında F-16 alış prosesi müzakirə ediləcək Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, iclasda prioritet mövzu Türkiyə iqtisadiyyatıdır. Məlumata əsasən, martın 31-də keçiriləcək seçkilərin təhlükəsiz şəraitdə olması üçün görüləcək tədbirlər də müzakirə ediləcək.

Türkiyə Nazirlər Kabinetinin iclasında F-16 alış prosesi müzakirə ediləcək

Azərbaycanca, 4 марта 2024 10:18 (UTC +04:00) 2 036
Türkiyə Nazirlər Kabinetinin iclasında F-16 alış prosesi müzakirə ediləcək

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, iclasda prioritet mövzu Türkiyə iqtisadiyyatıdır.

Məlumata əsasən, martın 31-də keçiriləcək seçkilərin təhlükəsiz şəraitdə olması üçün görüləcək tədbirlər də müzakirə ediləcək.

Bundan əlavə, F-16 təyyarələrinin ABŞ-dən satınalma prosesi də müzakirə olunacaq mövzular arasındadır.

Qeyd edək ki, 29 fevral tarixində ABŞ-nin 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi "Təklif və Qəbul Məktublarının Layihəsi" Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости