https://news.day.az/azerinews/1648666.html Onlar ali məktəblərə imtahansız qəbul oluna biləcəklər – RƏSMİ Bəzi şəxslər imtahansız - müsahibə yolu ilə və ya müsabiqədənkənar universitetlərə qəbul oluna bilər.

Onlar ali məktəblərə imtahansız qəbul oluna biləcəklər – RƏSMİ

Azərbaycanca, 1 апреля 2024 14:47 (UTC +04:00) 2 016
Onlar ali məktəblərə imtahansız qəbul oluna biləcəklər

Bəzi şəxslər imtahansız - müsahibə yolu ilə və ya müsabiqədənkənar universitetlərə qəbul oluna bilər.

Day.Az "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na əsasən xəbər verir ki, sözügedən şəxslər respublika fənn olimpiadalarının qalibləri, ikinci ali təhsil almaq istəyənlər, 2012-ci ildən kollec bitirənlərdir.

Belə ki, respublika fənn olimpiadalarının qalibləri müsabiqədənkənar fənlər üzrə ali təhsil müəssisələrinə ödənişsiz qəbul oluna bilirlər.

Eyni zamanda, bir diplomu olub, ikinci ali təhsil almaq istəyənlər üçün də bəzi universitetlər imtahansız - müsahibə yolu ilə qəbul keçirir.

Həmçinin, 2012-ci ildən kollec bitirənlər (subbakalavr) imtahansız universitetə qəbul olunmaq şansına malikdir. 2012-ci ildən əvvəl kollec bitirən məzunlar buraxılış imtahanında iştirak edərək universitetə qəbul oluna bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости