https://news.day.az/azerinews/1653781.html Kondisioner bazarında canlanma yaranıb - VİDEO Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. Xezerxeber.az-ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2900 manata qədər dəyişir. Mütəxəssislər deyirlər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Mağazalarda hər ölçüdə, hər qiymətə kondisioner var.

Kondisioner bazarında canlanma yaranıb - VİDEO

Azərbaycanca, 21 апреля 2024 09:12 (UTC +04:00) 1 536
Kondisioner bazarında canlanma yaranıb

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb.

Xezerxeber.az-ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2900 manata qədər dəyişir.

Mütəxəssislər deyirlər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür.

Mağazalarda hər ölçüdə, hər qiymətə kondisioner var. Satışda daha çox Türkiyə, Rusiya, Almaniya, İtaliya və Koreya istehsalı olanlar mövcuddur. Hətta yay gəlməmiş qiymət artımı da müşahidə edilir.

Satış meneceri Toğrul Bəndalıyev bildirib ki, müasir kondisionerlər havadakı nəmi və tərləməni azaldır, süzgəci sayəsində otaqdakı havanı da tez-tez təmizləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости