https://news.day.az/azerinews/1653983.html Bu rayonda bu gün qaz olmayacaq - RƏSMİ Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bu rayonda bu gün qaz olmayacaq - RƏSMİ

Azərbaycanca, 22 апреля 2024 09:55 (UTC +04:00) 1 450
Bu rayonda bu gün qaz olmayacaq

Bu gün Masallı rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Tüklə QPS" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin "Təmiz Qaz" QSC tərəfindən əvəzlənməsi ilə bağlı aprelin 22-də saat 09:00-dan etibarən işlər başa çatanadək Masallı rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Masallı rayonunun Boradigah qəsəbəsinin, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Tüklə və Bədəlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости