https://news.day.az/azerinews/1667771.html Bakıda yeni ağaclar əkilir - FOTO Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumatla bağlı bildiririk ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

Bakıda yeni ağaclar əkilir - FOTO

Azərbaycanca, 12 июня 2024 23:30 (UTC +04:00) 1 214
Bakıda yeni ağaclar əkilir

Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumatla bağlı bildiririk ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin məlumatında deyilir.

"Vətəndaşların Yasamal rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 ədəd yeni ağacın əkilməsi istiqamətində işlər görülür.

Ətrafdakı digər ağacların quru budaqlar da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcəkdir", - deyə birlikdə bildiriblər.

  • Bakıda yeni ağaclar əkilir
  • Bakıda yeni ağaclar əkilir
  • Bakıda yeni ağaclar əkilir
  • Bakıda yeni ağaclar əkilir
  • Bakıda yeni ağaclar əkilir
  • Bakıda yeni ağaclar əkilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости