https://news.day.az/azerinews/1674031.html “Həkimlər Rasim Balayevə deyiblər ki, 3 həftə...” "Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır". Day.Az bakupost.az-a istinadla xəbər verir ki, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə 3 həftəlik müalicə müddəti təyin etdiklərini bildirib:

“Həkimlər Rasim Balayevə deyiblər ki, 3 həftə...”

Azərbaycanca, 10 июля 2024 17:16 (UTC +04:00) 587
“Həkimlər Rasim Balayevə deyiblər ki, 3 həftə...”

"Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır".

Day.Az bakupost.az-a istinadla xəbər verir ki, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə 3 həftəlik müalicə müddəti təyin etdiklərini bildirib:

"Əməliyyatdan sonra Rasim müəllim xəstəxanada bir gün qalıb. Hazırda ev şəraitində müalicələri davam edir. Amma həkimlər deyiblər ki, 3 həftə işə getmək, aktiv həyat tərzi olmaz".

B. Vəziroğlu illərdir ki, aktyorun onurğa sütununda yaranan xəstəlikdən əziyyət çəkdiyini bildirib:

"Getmədiyi həkim qalmamışdı, bir az səhhəti yaxşı olurdu, amma yenə pisləşirdi. Sən demə, vaxt uzandıqca, xəstəlik daha da aqressivləşirmiş. Şükür ki, peşəkar həkim tapdı, əməliyyatı da yaxşı keçdi".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости