https://news.day.az/azerinews/1863346.html Bazarlarda bu məhsul bol olacaq - Fermerlər məhsuldarlıqdan razıdır - VİDEO Lənkəranın çəltik sahələrində biçin davam edir. Fermerlər məhsuldarlıq və keyfiyyətdən razıdırlar. Bu il rayonda 765 hektarda çəltik əkilib, indiyədək 350 hektardan çox sahədən məhsul götürülüb. Əsasən Besta, Haşimi, Apollo və Zəfər sortlarından istifadə olunur.

Bazarlarda bu məhsul bol olacaq - Fermerlər məhsuldarlıqdan razıdır - VİDEO

Azərbaycanca, 29 сентября 2026 10:33 (UTC +04:00) 291
Bazarlarda bu məhsul bol olacaq

Lənkəranın çəltik sahələrində biçin davam edir. Fermerlər məhsuldarlıq və keyfiyyətdən razıdırlar. Bu il rayonda 765 hektarda çəltik əkilib, indiyədək 350 hektardan çox sahədən məhsul götürülüb. Əsasən Besta, Haşimi, Apollo və Zəfər sortlarından istifadə olunur.

Day.Az xəbər verir ki, yığılan çəltik emal üçün Lənkərandakı üç zavoda göndərilir.

Müasir avadanlıqlar vasitəsilə məhsul itkisi minimuma endirilir. Zavodlardan birində gün ərzində 10 tona yaxın çəltik emal edilərək düyüyə çevrilir.

Fermerlərin sözlərinə görə, müasir texnikanın tətbiqi biçin prosesini sürətləndirib və məhsul itkisini azaldıb. İlkin nəticələr Lənkəranda bu il çəltikçilik üzrə həm məhsuldarlıq, həm də keyfiyyət baxımından yüksək göstəricilərin əldə olunduğunu göstərir.

Ətraflı "AZTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости