https://news.day.az/azerinews/1674061.html Türkiyənin polad məhsulları ixracı 8 milyard dollara çatır 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 7,9 milyard dollara bərabər olub. Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Türkiyənin polad məhsulları ixracı 8 milyard dollara çatır

Azərbaycanca, 10 июля 2024 18:14 (UTC +04:00) 372
Türkiyənin polad məhsulları ixracı 8 milyard dollara çatır

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,7 faiz çoxdur" - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости