https://news.day.az/azerinews/1681605.html Evlənmək istəyənlərə mühüm xəbər - Sentyabr və oktyabrda... - VİDEO Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində bütün yerlər bron edilib.Day.Az xəbər verir ki, inzibatçılar deyirlər ki, növbəti aylar üçün yerlərin çoxu tutulub. Onların sözlərinə görə, əgər əvvələr daha çox həftəsonu üçün toy sifariş verilirdisə, indi həftəiçi də sifariş verənlər var.Sentyabrın 5-də isə səfər ayı başa çatacaq. 

Evlənmək istəyənlərə mühüm xəbər - Sentyabr və oktyabrda... - VİDEO

Azərbaycanca, 13 августа 2024 10:23 (UTC +04:00) 1 335
Evlənmək istəyənlərə mühüm xəbər

Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində bütün yerlər bron edilib.

Day.Az xəbər verir ki, inzibatçılar deyirlər ki, növbəti aylar üçün yerlərin çoxu tutulub. 

Onların sözlərinə görə, əgər əvvələr daha çox həftəsonu üçün toy sifariş verilirdisə, indi həftəiçi də sifariş verənlər var.

İnzibatçılar deyirlər ki, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək. O ki qaldı qiymətlərə, bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.   dirnaq modelleri

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-da başa çatıb, səfər ayı başlayıb.

Sentyabrın 5-də isə səfər ayı başa çatacaq. 

Sentyabr, oktyabr aylarında şadlıq saraylarında yerlərin əksəriyyəti əvvəlcədən tutulub. 

Mövzu ilə bağlı "Xəzər TV"-nin videomaterialını təqdim edirik: 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости