Uşaqpulu ilə bağlı son xəbər - Bir uşağa görə... - Mühüm açıqlama
Zaman-zaman uşaqpulunun verilməsi məsələsi istər mediada, istər ictimaiyyətdə, istərsə də Milli Məclisdə (MM) gündəmə gətirilir. Hətta bəzi ekspertlərin fikrincə, MM-in yeni tərkibi bu məsələni müzakirəyə çıxara bilər.
Deyilənlər nə dərəcədə real görünür?
MM-in yeni tərkibi uşaqpuluna yenidən baxacaqmı? Bu istiqamətdə müzakirələr başlaya bilərmi? azal vakansiya
Day.Az xəbər verir ki, Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədovun fikrincə, uşaqpulu obyektiv məsələdir.
O deyib ki, doğrudan da bu məsələ Milli Məclisdə tez-tez gündəmə gətirilib:
"Düzdür, ünvanlı sosial yardımlar verilir, amma bu, birbaşa lazımi ünvana çatmır. Yolda müəyyən "problemlər" yaranır, bu işi dolayı yollarla başqası üçün "həll edirlər" və s. Burada bəzi neqativ hallar baş verir. Ona görə də bunun qarşısını almağın ən yaxşı yolu uşaqpulunun verilməsidir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре