https://news.day.az/azerinews/1694069.html Ermənistan itkin düşmüş şəxslərin qalıqları ilə bağlı məlumatları vermir - Kamran Əliyev Azərbaycanın Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla əlaqədar Ermənistandan təzminat tələbi ilə bağlı qaldırdığı iddialar üzrə proseslər də beynəlxalq hüquqi çərçivədə həyata keçirilir. Day.Az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Bakıda jurnalistlərə deyib.

Ermənistan itkin düşmüş şəxslərin qalıqları ilə bağlı məlumatları vermir - Kamran Əliyev

Azərbaycanca, 1 октября 2024 09:10 (UTC +04:00) 546
Ermənistan itkin düşmüş şəxslərin qalıqları ilə bağlı məlumatları vermir

Azərbaycanın Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla əlaqədar Ermənistandan təzminat tələbi ilə bağlı qaldırdığı iddialar üzrə proseslər də beynəlxalq hüquqi çərçivədə həyata keçirilir.

Day.Az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Bakıda jurnalistlərə deyib.

O qeyd edib ki, burada həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bizi təzminatdan daha çox itkin düşmüş şəxslərin taleyi maraqlandırır.

"Bu sahədə həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının əməkdaşları ilə birgə tədbirlər həyata keçirilir. Zaman-zaman həmin itkin düşmüş şəxslərin qalıqlarının yeri müəyyən olunur, yaxınlarına təhvil verilir və adət-ənənələrə uyğun olaraq dəfn edilməsi təmin olunur. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmin kütləvi məzarlıqlarla bağlı məlumatları vermir. Ona görə də çətinliklə də olsa bu proses həyata keçirilir. Bu sahədə xeyli irəliləyiş əldə olunub".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости