Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfır emissiya səviyyəsinə çatmağı planlaşdırır
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfır emissiya səviyyəsinə çatmağı planlaşdırır.
Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş əməliyyat inzibatçısı Yucin Si Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfır emissiya səviyyəsinə çatmağı qarşısına məqsəd qoyub. Biz tərəfdaşlarımız və müxtəlif maraqlı tərəflərin dəstəyi ilə bunu həyata keçirə biləcəyik", - o vurğulayıb.
Yucin Si Bakı limanının digər regional limanlarla fəal əməkdaşlıq etdiyini, informasiya mübadiləsi və yanacaq istifadəsində resurs itkilərinin azaldılması istiqamətində iş apardığını qeyd edib. Bu, gəmilərin, yük avtomobillərinin və digər nəqliyyat vasitələrinin limana vaxtında çatdırılmasını təmin edəcək.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре