https://news.day.az/azerinews/1702828.html Böyük Britaniyada meymunçiçəyinin yeni ştammı aşkarlanıb Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin "Clade 1b" adlı ştammının aşkarlandığını bildirib. AZƏRTAC xəbər verir ki, xəstə "Royal Free Hospital"ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştammın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.

Böyük Britaniyada meymunçiçəyinin yeni ştammı aşkarlanıb

Azərbaycanca, 30 октября 2024 20:20 (UTC +04:00) 597
Böyük Britaniyada meymunçiçəyinin yeni ştammı aşkarlanıb

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin "Clade 1b" adlı ştammının aşkarlandığını bildirib.

AZƏRTAC xəbər verir ki, xəstə "Royal Free Hospital"ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştammın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.

Meymunçiçəyinin "Clade 1b" ştammı Böyük Britaniyada ilk dəfə aşkarlanıb. Almaniya bu ayın əvvəlində "Clade 1b" virusuna ilk yoluxmanın baş verdiyini bildirmişdi.

Qeyd edək ki, bu vaxtadək Afrikada "Clade 1b" ştammından azı min nəfər ölüb.

"Clade 1b" ştammı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости