Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb - FOTO
Bakıda Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib və Auditorlar Palatasının 30 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Yubiley tədbirində açılış nitqi ilə Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək vurğulayıb ki, Azərbaycanda müstəqil audit institutunun formalaşmasının hüquqi əsası Ulu Öndər Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixində imzaladığı "Auditor xidməti haqqında" Qanunla qoyulub.
Ulu Öndər Heydər Əliyevin müstəqil auditin ölkənin bazar iqtisadiyyatına keçidi, maliyyə şəffaflığının və hesabatlılığın təmin olunması baxımından mühüm institut kimi formalaşdırılmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni tarixi mərhələnin tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.
Vahid Novruzov Prezident İlham Əliyevin Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.
Auditorlar Palatasının sədri çıxışı zamanı qurumun 30 illik fəaliyyət yoluna nəzər salaraq, bu dövr ərzində Azərbaycanda müstəqil audit institutunun formalaşması, inkişafı və beynəlxalq audit məkanına inteqrasiyası istiqamətində həyata keçirilmiş mühüm tədbirləri diqqətə çatdırıb. Qeyd olunub ki, ötən üç onillik ərzində müstəqil audit ölkənin bazar yönümlü iqtisadi strukturları sistemində möhkəm yer tutaraq, müstəqil və qərəzsiz maliyyə nəzarəti forması kimi özünü təsdiqləyib, maliyyə şəffaflığının və hesabatlılığın təmin edilməsində mühüm rol oynayıb.
Palata sədri bildirib ki, Auditorlar Palatasının fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinə və peşəkar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Qeyd edilib ki, 2010-cu ildən etibarən Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılması, audit xidmətinin inkişafına dair konsepsiyaların hazırlanaraq reallaşdırılması, Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) tamhüquqlu üzvlüyün təmin edilməsi, eləcə də dünyanın 40-dan artıq ölkəsinin audit və mühasibatlıq qurumları ilə işgüzar əlaqələrin qurulması Azərbaycan auditinin beynəlxalq peşə məkanında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре