https://news.day.az/azerinews/1702958.html Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi Şirvanda "Dogruxeber.com" saytının baş redaktoru və redaktoru həbs olunublar. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.

Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi

Azərbaycanca, 31 октября 2024 11:49 (UTC +04:00) 396
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi

Şirvanda "Dogruxeber.com" saytının baş redaktoru və redaktoru həbs olunublar.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.

Sayt rəhbəri İlham Həsənov və oğlu Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.

Faktla bağlı cinayət işi başlanıb, onların barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости