https://news.day.az/azerinews/1711673.html Ukrayna dairəsindəki təmir - sürücülərin "gününü qara etdi" - VİDEO Bakıda Ukrayna dairəsində aparılan təmir işləri ötən gün axaşam saatlarında şiddətli tıxaca səbəb olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, ərazidə tıxac saatlarla davam edib.

Ukrayna dairəsindəki təmir - sürücülərin "gününü qara etdi" - VİDEO

Azərbaycanca, 30 ноября 2024 09:15 (UTC +04:00) 647
Ukrayna dairəsindəki təmir

Bakıda Ukrayna dairəsində aparılan təmir işləri ötən gün axaşam saatlarında şiddətli tıxaca səbəb olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, ərazidə tıxac saatlarla davam edib.

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, belə halların yaşanmaması üçün həm tikinti prosesi növbəli şəkildə icra edilməlidir, həm də sürücülər təmir işləri ilə əlaqədar alternativ yollardan daha çox istifadə etməlidir.

Yasin Mustafayev bildirib ki, bəzən təmir işləri müxtəlif səbəblərdən, nəzərdə tutulan vaxtdan gec başa çatır. Bu da ərazidə bundan sonrakı günlərdə də tıxac yaranması ehtimalını artırır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bir müddət əvvəl yaydığı məlumata görə, həmin ərazidə yeni turbo tiplu dairə inşa edilir. Bu üsulla dairəyə daxil olan avtomobillərin qəza ehtimalını minumuma endirmək və dairənin buraxılış qabiliyyətini artırmaq nəzərdə tutulub.

Lakin hazırkı tıxacla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən heç bir münasibət bildirmək istəmədilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости